"Bavariya" çox güman ki, zədələnərək sıradan çıxan Manuel Noyeri əvəzləmək üçün "Monako"ya icarəyə verdiyi qapıçısı Aleksandr Nübeli geri qaytaracaq.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, xizək sürərkən ayağını sındıran Noyer mövsümün sonuna qədər kimi yaşıl meydanlardan kənarda qalacaq.
Nübelin agenti Münhen klubunun artıq bu məsələ ilə bağlı onunla əlaqə saxladığını, lakin "Monako"nun razılığını ala bilmədiyini bildirib.
Məsələ burasındadır ki, tərəflər arasındakı danışığa əsasən, 26 yaşlı kiper mövsümün sonuna qədər Fransa klubunun qapısını qorumalı idi.
