Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” (2:0) qarşılaşması birincilərin üzvü Nihad Əhmədzadə üçün əlamətdar olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edib. Nihad, həmçinin cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.
Xatırladaq ki, klubun tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, Samir Abasov 2017/2018 mövsümündə “Sumqayıt”nı çalışdırarkən Səbuhi Abdullazadə komandanın heyətində debüt etməklə Premyer Liqanın tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi.
