Mahir Emreli "Dinamo" ilə məşqlərə başladı

10:49 - 17 Dekabr 2022

"Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli komanda ilə məşqlərə qoşulub.

Sportal.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı forvardın daha əvvəl dekabrın 19-da komandaya qoşulacağı deyilsə də, Emreli toplanışa daha tez qatılıb.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 10 oyunda 4 qol vurub.

Xəbər xətti