Türkmənistanlı məşqçi Kurban Berdıyevin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Rusiyada çalışacaq. O, "Soçi" klubunun baş məşqçisi təyin olunub. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kurban Berdıyev son olaraq İranın "Traktor" klubunun baş məşqçisi olub.
saytlarin hazirlanmasi