Mahir Emreli "Dinamo" ilə təlim-məşq toplanışına yollandı

14:59 - 3 Yanvar 2023

Millimizin üzvü Mahir Emreli Xorvatiyanın "Dinamo" klubu ilə təlim-məşq toplanışına yollanıb.

 

Sportal.az xəbər verir ki, komandadan ayrılacağı iddia olunan 25 yaşlı forvard Zaqreb təmsilçisinin Rovin şəhərində baş tutacaq hazırlıq prosesində iştirak edəcək. Toplanışa aparılan 28 futbolçu arasında Emreli də var.

 

"Dinamo" təlim-məşq toplanışı çərçivəsində yanvarın 12-də Sloveniyanın "Çelye" klubu ilə yoxlama oyunu keçirəcək.

Xəbər xətti