"Dinamo"dan Mahir Emreli açıqlaması

19:30 - 3 Yanvar 2023

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya “Dinamo”sundan ayrılmayacaq. 

 

Sportal.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib.

 

Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib:

 

“Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil. O, müqavilə ilə “Dinamo”ya məxsusdur və burda qalacaq”.

 

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralından “Dinamo”da çıxış edir.

Xəbər xətti