"Səbail" "Legiya"ya qarşı

12:58 - 8 Yanvar 2023

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün ilk yoxlama matçını keçirəcək.

 

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Polşanın köklü klublarından olan "Legiya" (Varşava) ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, "Səbail" hazırlıq prosesi zamanı daha 2 yoxlama oyunu keçirəcək. "Dənizçilər" yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.

Xəbər xətti