Mahir Emreli "Dinamo"nun kapitanını zədələdi

14:40 - 9 Yanvar 2023

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli məşqdə komanda yoldaşını zədələyib.

 

Sportal.az xəbər verir ki, hadisə Zaqreb təmsilçisinin ikitərəfli oyunu zamanı baş verib.

 

Təlim-məşq toplanışı zamanı baş məşqçi Ante Çaçiç yetirmələrini ikitərəfli görüşdə sınamaq qərarına gəlib. “Ağlar”ın heyətində yer alan Emreli bir epizodda sərt müdaxilə ilə komandanın kapitanı Ariyan Ademinin ayağını tapdalayıb. Nəticədə şimali makedoniyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.

Xəbər xətti