“Qəbələ” bu gün yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” ilk sınağına çıxacaq.
Mövsümün ikinci yarısının hazırlığı çərçivəsindəki ilk dueldə rəqib Rumıniyanın “Sepsi” klubu olacaq. “Arcadia Sports Senter”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Əsası 2011-ci ildə qoyulan “Sepsi” Rumıniya kubokunun və Superkubokun son qalibidir. Komanda ötən mövsüm Liqa1-də 7-ci yeri tutub. Cari çempionatın 21 oyununda 32 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.
Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.
Yoxlama oyunu
12 yanvar
16:00. “Qəbələ” – “Sepsi” (Rumıniya)
“Arcadia Sports Senter”
saytlarin hazirlanmasi