"Səbail" bir futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Fakundo Kardozonun müqaviləsi ləğv olunub.
Argentinalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 27 yaşlı mərkəz müdafiəçisi "Arsenal Sarandi" klubu ilə anlaşıb.
Qeyd edək ki, Fakundo Kardozo mövsümün əvvəlində "Səbail"ə keçmişdi. Təcrübəli müdafiəçi Bakı klubunun heyətində 15 matçda meydana çıxıb.