"Qəbələ" Almaniya klubuna qarşı

10:57 - 14 Yanvar 2023

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışında ikinci sınağına çıxacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək.

 

Əsası 1963-cü ildə qoyulan bu komanda Şimal-Şərq regionalliqasında çıxış edir. Rəqib ötən mövsümü 12-ci yerdə başa vurub.

 

“Göy-sarılar” cari çempionatın 16 turunda 14 xal toplayıb. “Lukenvalde” qış fasiləsinə 18 iştirakçı arasında 15-ci pillədə yollanıb.

 

Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı son görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq. 
 
Yoxlama oyunu
14 yanvar
17:30. “Qəbələ” – “Lukenvalde” (Almaniya)
“Limak Sports Senter”

Xəbər xətti