Kadi Borges "Krasnodar"la müqavilə imzaladı

18:04 - 14 Yanvar 2023

Rusiyanın "Krasnodar" klubu "Qarabağ"dan transfer etdiyi Kadi Borgesin keçidini rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubunun heyətində meydana çıxdığı 75 rəsmi matçda 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti