"Qəbələ"nin çexlərlə matçında dava düşdü - VİDEO

19:53 - 16 Yanvar 2023

"Qəbələ"nin Çexiyanın "Teplitse" komandası ilə yoxlama oyununda dava düşüb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında mübahisə baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

 

Qarşıdurmanın böyüdüyün görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Həmin vaxt hesab 2:1 çexlərin xeyrinə olub.

 

Video - https://t.me/sportalaz/9922

Xəbər xətti