Azərbaycanlı futbolçu İspaniyada klubunu dəyişdi

17:44 - 18 Yanvar 2023

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə İspaniyada klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, "Moralo"da çıxış edən 22 yaşlı mərkəz müdafiəçisi "Marino Luanko"ya keçib. Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. Məmmədzadə IV Liqa təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Nazim Məmmədzadə "Neftçi"nin yetirməsidir. 

Xəbər xətti