"Qarabağ"da bizdən heç nə gizlədilmədi, klubun hər il nəyə görə avrokuboklarda çıxış etdiyini gördük" - MÜSAHİBƏ

20:53 - 20 Yanvar 2023

Polşanın "Veçişta" klubunun baş məşqçisi Dariuş Marjeç "Qarabağ"da təcrübə keçməsindən danışıb. Sportal.az xəbər verir ki, "iGol.pl" portalına müsahibə verən polşalı məşqçi Ağdam klubunun düşərgəsində gördüklərindən söhbət açıb.

- Noyabrda köməkçinizlə “Qarabağ” düşərgəsinə bir həftəlik təcrübəyə yollanmışdınız. Bu səfərin ideyası necə yarandı?
- Mən Yanuş Sveradla “Stal”ın məşqçisi olanda Avropa Parlamentinin deputatı Tomas Porembe ilə xaricə təcrübə keçmək barədə danışmışdıq. “Stal”la yollarımız ayrıldı, lakin Porembe sözünü tutdu və bizə deyildiyi kimi, heç bir məşqçinin olmadığı yerə təcrübə keçməyimizə kömək etdi. Onlar özləri də buna təəccüblənmişdilər. Amma bu, bizim üçün çox maraqlı və ciddi istiqamətdir. 

Məşqçilər olaraq daim inkişaf etməyə çalışırıq, yeniliklər axtarırıq. “Qarabağ”ın “Visla” və “Legiya”nı, yayda isə “Lex”i 5:1 məğlub etməsi bizdə daha çox maraq yaratdı. Və özümüzə sual verdik: onlar bunu necə bacardı? Artıq necə olduğunu bilirik. Komandanın içərisində onun necə olduğunu gördük. Biz “Qarabağ”da keçdiyimiz təcrübədən çox məmnunuq və təşkilatçılığıa  görə cənab Tomaşa təşəkkür etmək istərdik.

- Polşa ilə Azərbaycan arasında hansı fərqləri gördünüz?
- Fərq olduqca böyükdür. Bu yaxınlarda bizim komandaya keçən Simeon Slavçev Polşa, Bolqarıstan, Portuqaliyada oynayıb. O, “Qarabağ”da da oynayıb. Çıxış etdiyi komandaları müqayisə edərkən dedi ki, Azərbaycan klubu onun üçün ən mütəşəkkili və ən yaxşısıdı. Hər şeyi özümüz gördükdən sonra təsdiq etdik. 

- Orada liqa oyunlarına baxdınız? Ekstraklassa ilə necə müqayisə edərdiniz?
- Matçlarda bir qədər məyus olduq. Amma digər tərəfdən, səhərdən axşama kimi heyətlə birlikdə olmaq imkanımız var idi və belə təcrübələr gün ərzində bütün məşqçilər heyəti ilə nadir hallarda olur. Onlar hər şeyin necə işlədiyini və həyata keçirildiyini söylədilər. "Qarabağ"da bizdən heç nə gizlədilmədi və klubun hər il nəyə görə avrokuboklarda çıxış etdiyini gördük. Məsələ ondadır ki, orada çalışan məşqçi 14 ildir ki, öz funksiyalarını yerinə yetirir. Burada isə Marek Papşun uzun illərdir ki, "Rakov"da çalışır. Nəticəsini də görürük.

- Azərbaycanda gördüklərinizi “Veçitsa”da həyata keçirməyə çalışacaqsınız?
- Əlbəttə.  Polşadakı məşqçilər üçün həqiqətən utanmalı heç nəyimiz yoxdur. Özünüzə heyranlıqla məşğul olmamalısınız. Biz daim inkişaf, məşq etməliyik və xarici klublarda belə təcrübə keçmək də buna xidmət edir. Təbii ki, “Qarabağ”da görünən bəzi elementləri gündəlik işimizdə istifadə etmək üçün klubumuza gətirəcəyik.

Mirbağırağa

Xəbər xətti