Xorvatiya mətbuatı: "Mahir Emreli üçün yeni fürsət açılır"

12:15 - 21 Yanvar 2023

Xorvatiyanın "Sportske novosti" nəşri azərbaycanlı hücumçu Mahir Emreli haqda yazıb.

 

Sportal.az xəbər verir ki, yazıda Zaqreb təmsilçisinin əsas hücumçusu Bruno Petkoviçin zədələnməsinin 25 yaşlı forvard üçün şans olduğu qeyd olunub:

 

"Petkoviçin zədəsi məşqdə özünü yaxşı  sübut edən Mahir Emreli üçün yeni fürsət açılır. Bəlkə də onun "Dinamo"da "ömürlük şansı" var. Qış toplanışı başlamazdan əvvəl hətta Emrelinin klubdan ayrıla biləcəyi ehtimal edilirdi, amma indi o, Ante Çaçiçin cokerinə çevrilə bilər".

Xəbər xətti