"Qarabağ" Albaniya millisinin üzvünü transfer etdi

17:41 - 21 Yanvar 2023

“Qarabağ” qış “transfer pəncərəsi”nin növbəti transferini az öncə reallaşdırıb.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Redon Cika ilə anlaşıb.

 

24 yaşlı yeni futbolçu Albaniya yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib.

 

Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

 

2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.

Xəbər xətti