"Qarabağ" növbəti transferə hazırlaşır.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Tirana"dan Redon Cicanı heyətinə qatacaq. Bu barədə ilk dəfə məlumatı Sportinfo.az saytı yaymışdı.
Saytımıza verilən məlumata görə, 24 yaşlı futbolçu bu gün Bakıya gələcək.
Tibbi müayinədən keçəcək Albaniya millisinin üzvü daha sonra "Qarabağ"la müqavilə imzalayacaq.