AFFA "Səbail" və "Neftçi"nin baş məşqçilərini cəzalandırdı

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Sportal.az xəbər verir ki, Gənclər Liqasında baş vermiş qayda pozuntularına görə müəyyən qərarlar qəbul olunub:

12 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” –“Neftçi” oyununda “Səbail” klubunun baş məşqçisi Müşviq Qənbərov və “Neftçi” komandasının baş məşqçisi İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdiyi üçün hakim tərəfindən “Səbail” klubunun baş məşqçisi Müşviq Qənbərov qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyun cəzalandırılsın. (maddə 41.4).

​12 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” –“Neftçi” oyununda “Səbail” klubunun baş məşqçisi Müşviq Qənbərov və “Neftçi” komandasının baş məşqçisi İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdiyi üçün hakim tərəfindən “Neftçi” komandasının baş məşqçisi İlyas Qurbanov qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyun cəzalandırılsın. (maddə 41.4).

Tarix: 24 Yanvar [11:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio