“Roma”nın hücumçusu Eldor Şomurodov Almaniyaya yollanmağa hazırlaşır.
Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, özbəkistanlı forvardın xidmətində “Bayer” maraqlıdır.
Leverkuzen təmsilçisi asiyalı üçün “Roma” ilə danışıqlara başlayıb. “Canavarlar” Şomurodov üçün 13-14 milyon avro tələb edir.
Almaniya klubunun rəsmiləri özbəkistanlı hücumçu üçün maksimum 8 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.
saytlarin hazirlanmasi