"Çelsi"dən icarəyə götürülən "Milan"ın yarımmüdafiəçisi Tyemua Bakayoko Türkiyəyə yollana bilər.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı fransız "Adana Dəmirspor"a keçidə yaxındır.
Artıq tərəflər 2026-cı ilə qədər müqaviləni razılaşdırıblar. Bakayoko illik 3 milyon avro maaş alacaq.
Fransa millisində 1 oyun keçirmiş futbolçu “Renn”, “Monako”, “Çelsi”, “Napoli” klublarında oynayıb.
saytlarin hazirlanmasi