Mahir Emreli zədələndi

19:55 - 24 Yanvar 2023

Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli zədələnib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvünün belində ağrılar var. Bu səbəbdən Xorvatiya klubunun baş məşqçisi Ante Çaçiç 25 yaşlı forvardın məşqdə iştirak etməməsinə icazə verib. Emreli zədəsini sağaltsa, ölkə çempionatının növbəti turunda “Lokomitva”ya qarşı oynaya biləcək.

 

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti