Norveçli hücumçu: "Çempionlar Liqasında oynamaq üçün"Qarabağ"a keçdim"

21:24 - 24 Yanvar 2023

"Qarabağ"ın keçmiş futbolçusu Tarik Elyunussi Norveç mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, hazırda Yaponiyanın "Şonan Bellimar" klubunda çıxış edən futbolçu 2017-ci ildə "Qarabağ"a keçidindən danışıb. 34 yaşlı norveçli hücumçu Çempionlar Liqasında oynamaq üçün Azərbaycan klubuna keçdiyi deyib:

"Çempionlar Liqasında oynamaq istəyirdim, ona görə icarə əsasında "Qarabağ"a keçdim. Lakin tez zədələndim. Zədəmin ciddi olacağını düşünmürdüm. Bir müddət sonra ağrılar öz sözünü dedi. Tez sağalmağa çalışsam da, alınmadı. "Olimpiakos"a qayıtmaq məsələsi gündəmimdə deyildi. Ona görə də, seçimim İsveçin AİK klubu oldu".

Qeyd edək ki, Tarik Elyunussi 2017/2018 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Xəbər xətti