"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Albaniya millisinin yarımmüdafiəçisi Redon Cicanın transfer edib. Bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan 25 yaşlı vinger 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.