Qurban Qurbanov: "Ən vacib üç xallarımızdan birini qazandıq"

16:06 - 25 Yanvar 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: 

 

- İlk dəqiqələrdən gərgin oyun getdi. Çox möhkəm komandaya qarşı oynadıq. Rəqibin iki hücumçusu müdafiə xəttimizə çox çətinlik yaratdı. Antalyadan birbaşa bura gəlmişik. Futbolçularda bir az yorğunluq var idi. Ən vacib üç xallarımızdan birini qazandıq. "Turan Tovuz"a uğurlar arzulayıram.

 

- Qapıçı mövqeyi ilə bağlı axtarışlar nə yerdədi?

- Axtarış da gedir, danışıqlar da. Qarşıda bir neçə gün vaxtımız var. Məqsədimiz əlimizdə olan futbolçuların idman formasını yaxşılaşdırmaqdır. Futbolçularımın hər birinə güvənirəm.

 

- Andrey Lunyovun transferi nə dərəcədə realdır?

- Hələ ki, ancaq danışıqlar gedir. 

 

Elçin Əlixan

Xəbər xətti