Mahir Emreli zədəsini sağaltdı

16:10 - 27 Yanvar 2023

Zədə səbəbindən "Dinamo"nun məşqlərini buraxan Mahir Emrelinin son durumu bəlli olub.

 

Sportal.az xəbər verir ki, belində ağrılar olan 25 yaşlı forvard zədəsini sağaldıb. Bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç məlumat verib. Emreli artıq komanda ilə məşqdə iştirak edir.

 

Millimizin üzvü Xorvatiya çempionatının XIX turunun "Lokomotiv" ilə matçında meydana çıxa biləcək. Qarşılaşma 28 yanvar tarixində baş tutacaq.

 

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti