Türkiyə klubunun baş məşqçisi "Qarabağ"ın yeni futbolçusuna uğurlar arzuladı

19:59 - 27 Yanvar 2023

"Qarabağ"ın yeni transferi Yassin Benzia instaqram hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə keçdiyinə görə xoşbəxt olduğunu bildirib:

 

"Qarabağ" kimi möhtəşəm kluba qoşulduğuma görə çox xoşbəxtəm. Oyunlara başlamaq üçün səbirsizlənirəm".

 

Benzianın paylaşımına bir çox tanınmış futbol adamları şərh yazaraq uğurlar arzulayıb. Onların arasında hazırda "Ankaragücü"nü çalışdıran Ömər Ərdoğan, Əlcəzair millisindən komanda yoldaşı olan Sofian Fequli də var.

 

Xəbər xətti