"Bavariya" xəyal etdiyim klubdur"

18:11 - 1 Fevral 2023

"Mançester Siti"ni tərk edərək "Bavariya"ya keçən Joao Kanselo İngiltərədən ayrılmasına aydınlıq gətirib.

Sportal.az xəbər verir ki, Almaniya mətbuatına danışan portuqaliyalı "şəhərlilər"in heyətində az-az oynamaq şansı tapdığına görə oranı tərk etdiyini bildirib:

"Oyun praktikam az idi. Məhz bu, qərarıma təsir etdi. Məsələ Xosep Qvardioladan getmir. Özüm də, yeni sərgüzəştlər axtarırdım. “Bavariya” xəyal etdiyim klubdur. Fürsət düşdü, mən də istifadə etdim".

Xatırladaq ki, 28 yaşlı müdafiəçi mövsümün sonuna qədər Münhen klubunda icarə əsasında çıxış edəcək. “Bavariya” yayda onu 70 milyon avro qarşılığında “Mançester Siti”dən transfer etmək hüququna da malikdir. 

Xəbər xətti