"Atletik"də icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Ander Herrera Fransaya qayıtmayacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin icarə müddəti 2024-cü ilə qədər uzadılıb.
33 yaşlı futbolçu 2022-ci ilin yayından Bilbao klubunda icarə əsasında çıxış edir.
“Saraqosa” yetirməsi olan Errera “Mançester Yunayted”də də oynayıb. Onun PSJ ilə müqaviləsi də 2024-cü il iyunun 30-da başa çatacaq. Əgər fransızlar onunla müqavilə müddətini uzatmasa, "Atletik" futbolçunun transfer hüququna sahib çıxa biləcək.
saytlarin hazirlanmasi