"Tottenhem"in müdafiəçisi "Atletiko"da

23:14 - 1 Fevral 2023

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi “Tottenhem”in müdafiəçisi Mett Dohertini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İrlandiyalı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Atletiko"da çıxış edəcək.

 

Qeyd edək ki, Mett Doherti "Tottenhem"ə 2020-ci ilin yayında "Vulverhempton"dan transfer olunub. 31 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə londonluların heyətində meydana çıxdığı 16 matçda 1 qol vurub.

Xəbər xətti