"Beşiktaş" yeni transferi açıqladı

18:46 - 2 Fevral 2023

Türkiyənin "Beşiktaş" klubu Amir Hadjiahmetoviçin transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bosniya və herseqovinalı yarımmüdafiəçi üçün "Konyaspor"a 3,2 milyon avro ödəyib. Bundan əlavə futbolçunun növbəti satışından konyalılar 20 faiz pay əldə edəcək.

 

"Beşiktaş" 25 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Hadjiahmetoviç "ağ-qaralar"da illik 1,1 milyon avro maaş alacaq.

 

Amir Hadciahmetoviç "Konyaspor"a 2016-cı ilin qışında "Jelezniçar"dan transfer olunub. O, cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti