"O, möhtəşəm məşqçidir, futbol haqda hər şeyi bilir"

14:47 - 3 Fevral 2023

"Arsenal"ın müdafiəçisi Takehiro Tomiyasu komandanın baş məşqçisi Mikel Arteta haqqında heyranlıqla danışıb.

Sportal.az xəbər verir ki, “goal.com”a danışan yaponiyalı futbolçu ispaniyalını karyerasının ən yaxşı məşqçisi adlandırıb:

"Arteta futbol haqda tamamilə hər şeyi bilir. Bizim işimiz meydanda onun tapşırıqlarını həyata keçirməkdir. Baş məşqçiyə tam güvənirəm. Arteta möhtəşəm məşqçidir, karyeramın ən yaxşısıdır".

​24 yaşlı mütəxəssis "Avispa Fukuoka", "Sent-Trüden", "Bolonya"da oynadıqdan sonra 2021-ci ildə "Arsenal"a keçib.

Xəbər xətti