Afrikalı forvard "Sabah"la oyunda meydana çıxacaq

16:30 - 3 Fevral 2023

Premyer Liqanın 20-ci turunun “Kəpəz”lə (1:0) görüşündə zədələnən Luvaqo Kizitonun durumuna aydınlıq gətirilib. 

Sportal.az xəbər verir ki, uqandalı hücumçu Gəncə klubu ilə matçda ikili toqquşmadan sonra zədələnərək 31-ci dəqiqədə əvəzlənmişdi. Amma MRT müayinəsindən sonra onun zədəsinin ciddi olmadığı dəqiqləşib.

Afrikalının Premyer Liqanın 21-ci turunun “Sabah”la səfərdəki görüşündə meydana çıxacağı ehtimal edilir.

Xatırladaq ki, matç fevralın 6-da “Bank Respublika Arena”da keçiriləcək və 18:00-da start götürəcək.

 

Xəbər xətti