Qurban Qurbanov Gəncə terrorunda ailəsini itirən Nilayla bir arada - FOTOLAR

13:30 - 4 Fevral 2023

"Qarabağ" Misli Premyer Liqasının 21-ci turunda "Kəpəz"lə oyun üçün Gəncəyə yollanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu gəncəli fanatlar tərəfindən xoş qarşılanıb.

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirmiş Nilayla görüşüb.

Erməni vandalizmi nəticəsində Nilay həm də nənəsini itirib. Həmin vaxt Nilayın heç iki yaşı yox idi. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub. Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.

 


 

Xəbər xətti