"Real" "Milan"ın futbolçusunu transfer etmək istəyir

13:51 - 4 Fevral 2023

"Milan"ın yarımmüdafiəçisi Sandro Tonali "Real"ın hədəfindədir.

Sportal.az "ABC" portalına istinadən xəbər verir ki, "kral klubu"nun əsas transfer hədəfi Cud Bellinqemdir.

İngilis futbolçunun keçidi baş tutmasa, İspaniya nəhəngi Tonali üçün “Milan”la danışıqlara başlayacaq. 

22 yaşlı yarımmüdafiəçi "Breşiya"dan 2021-ci ildə "Milan"a keçib.

 

Xəbər xətti