"Qarabağ"ın rəqibindən Türkiyəyə dəstək - FOTO

14:45 - 7 Fevral 2023

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" Türkiyədə baş vermiş zəlzələ ilə bağlı dəstəyini göstərib.

 

Sportal.az xəbər verir ki, Belçika klubunun ev oyunlarını keçirdiyi "Qelamko Arena" Türkiyə bayrağının rənglərinə boyanıb. 

 

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə baş tutacaq.

 

Xəbər xətti