"Gent" Bakıda dəstəksiz qalmayacaq

21:50 - 7 Fevral 2023

"Gent" Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Belçika klubu Azərbaycanda dəstəksiz qalmayacaq. "Gent"in 40-a yaxın azarkeşi ölkəmizə gələcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə baş tutacaq.

Xəbər xətti