"Gent"in Bakıya səfər proqramı bəlli oldu

13:08 - 8 Fevral 2023

"Gent" Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

 

Sportaıl.az xəbər verir ki, Belçika klubunun Bakıya səfər planı bəlli olub. Komanda 15 fevral tarixində Azərbaycana yola düşəcək.

 

"Gent"i gətirən təyyarə həmin gün axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək. Qarşılaşmadan dərhal sonra təyyarə Belçikaya qayıdacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Gent" görüşü 16 fevral tarixində, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Komandalar arasında cavab matçı bir həftə sonra Belçikada keçiriləcək.

Xəbər xətti