Türkiyə klubunun məşqçisi zəlzələdə həlak oldu

14:59 - 8 Fevral 2023

Türkiyədə baş vermiş zəlzələ nəticəsində daha bir futbol adamı dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, "İskenderunspor" klubunun məşqçisi İbrahim Halil Ölmez həlak olub. Bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 39 yaşlı məşqçi dağıntıların altından xilas edilsə də, o, xəstəxana da vəfat edib.

 

Daha əvvəl "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanın zəlzələ zamanı həlak olduğu açıqlanmışdı.

Xəbər xətti