"Yuventus" italiyalı üçün 25 milyon ödəyəcək

21:51 - 8 Fevral 2023

"Yuventus" "Sassuolo"nın yarımmüdafiəçisi Manuel Lokatellini heyətinə qatıb. 

Sportal.az "Calcio e Finanza"ya istinadən xəbər verir ki, A Seriyasının "Yuventus" - "Salernitana" (3:0) oyunundan sonra turinlilər italiyalının transfer hüququna yiyələnib. Bu, avtomatik olaraq aktivləşdirilib.

Futbolçunun transferi üçün “qoca sinyora” qarşı tərəfə 3 il ərzində 25 milyon avro ödəyəcək.

​25 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Yuventus"da icarə əsasında çıxış edirdi. O, "Milan"da da oynayıb.

Xəbər xətti