İki klub çempionatdan imtina edir: "Federasiyanın verdiyi qərar skandaldır"

22:39 - 8 Fevral 2023

Türkiyədə baş verən zəlzələdən sonra Superliqa və birinci liqa təmsilçiləri – "Hatayspor" və "Yeni Malatyaspor" çempionatdan çəkilmək istəyir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra ən çox dağıntılara məruz qalan Hatay və Malatya şəhərlərinin təmsilçiləri bunun üçün yerli federasiyaya müraciət edib.

Dünən "Yeni Malatyaspor"un 28 yaşındakı qapıçısı Ahmet Eyüp Türkaslanın dağıntılar altından cansız bədəni çıxarılıb. "Hatayspor"un aparıcı üzvü Kristian Atsu isə hələ də, dağıntılar altından çıxarılmayıb. Superliqa və birinci diviziona cəmi bir həftə fasilə verilməsini klublar ideal hesab etməyib. Hər iki klub bu mövsüm liqadan düşməmək şərtilə, çempionatdan çəkiləcək və yeni mövsümdən liqaya qayıtmağı planlaşdırır.

"Sabah qəzetinə danışan "Yeni Malatyaspor"un prezidenti bunları deyib:

"Federasiyanın verdiyi qərar sadəcə skandaldır. Hara baxırsan yerlə-bir olub. Belə vəziyyətdə, 10 gün sonra matça çıxmağı əsla qəbul etmirik. Bir neçə gündən sonra idarə heyəti ilə görüşəcəyik və şərtlər dəyişməsə, liqadan çəkilmək qərarını verəcəyik".

Xəbər xətti