Rusiyalı məşhur futbolçu karyerasını bitirdi

16:12 - 13 Fevral 2023

Rusiya millisinin keçmiş üzvü Yuri Jirkov peşəkar karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, "Ximki"nin müdafiəçisi 39 yaşında peşəkar futbolla vidalaşıb. Təcrübəli futbolçu yerli mətbuata verdiyi açıqlamada qərarını bildirib.

 

Qeyd edək ki, Yuri Jirkov Tambov “Spartak”ının yetirməsidir. O, "Spartak" (Moksva), ÇSKA, "Çelsi", "Zenit", "Anji" və "Dinamo"da oynayıb. Jirkov Rusiya millisinin heyətində keçirdiyi 105 rəsmi matçda 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti