"Qəbələ" Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində doğma meydanda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, bizi ağır oyun gözləyir. "Sumqayıt" yaxşı komandadır. Qış fasiləsindən sonra həm keyfiyyətli futbol nümayiş etdirirlər, həm də nəticələri yaxşılaşıb. Ümumi olaraq komandanın çıxışından razıyam. Son qələbəmiz 6 tur öncə idi. Aradakı matçlarda qələbəyə yaxın olurduq, amma nəsə çatmırdı. Komandama təşəkkür edirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Yaovi Akakponu nə vaxt meydanda görəcəyik?
- Yaovini keçən turbda meydanda görmək olardı. Sadəcə olaraq tam hazır deyil. Məşqlərdə onda günü-gündən müsbət siqnallar görürük. Əsas heyət üzvüdür. Qarşıdakı matçlarda onun da üzərində dayanacağıq.
- Asif Məmmədov bu gün daha çox fərdi oyuna üstünlük verirdi. Bunun səbəbi nədir?
- Futbolçunun həvəsə gəlməyi normaldır. Asif universal futbolçudur. Həm hücum, həm də müdafiə planında komandaya öz keyfiyyətini verə bilər.
- Böyük hesabla qələbə qazana biləcəyiniz bir oyunun son dəqiqələri gərgin keçdi. Hətta qol buraxa bilərdiniz. Bu, nə ilə bağlıdır?
- Bu, normaldır. Epizodlara girmək özü güc tələb edir. Məni sevindirən odur ki, komanda o epizodları yaxalayır. Futbolun yazılmamış qanunları var ki, nə qədər çox qol vəziyyətinə girib dəyərləndirə bilməsən, rəqibə şans verirsən.
- Əsas rəqibiniz olan "Zirə" sabah "Qarabağ"la oynayacaq. Bu, sizə əlavə motivasiya verirdi?
- Bizi daha çox öz komandamız motivasiya edir, öz oyunumuzun üzərində dayanmışıq. Bizim necə olacağımız daha önəmlidir.
- Çətin dönəmdən sonra bu qələbə komandaya yaxşı təsir edəcək?
- Oyun baxımından sıxıntı hiss etmirəm. Daha yaxşı ola bilərik. Bu komanda oyundan oyuna daha məzmunlu və dominant futbolun üzərində dayanacaq.
- Rafael Utziqin problemi nədir?
- Kənardan problemli görünə bilər. Amma son üç matçda iki qol vurub. Yəqin qol vurmaqda bir az problemi var. Utziqdən narazı deyiləm.
Elçin Əlixan
saytlarin hazirlanmasi