"Qəbələ" Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra instaqram hesabında paylaşım edib. 43 yaşlı mütəxəssis hakim idarəçiliyindən narazılığını bildirib. Baxşıyev "bıabırçı hakim səhvləri davam edir" yazısını paylaşıb.
Qeyd edək ki, "Səbail"in birinci qolu zamanı "Qəbələ" tərəfi rəqib futbolçunun əllə oynadığını iddia edirdi.
saytlarin hazirlanmasi