Premyer Liqa klubunun 19 yaşlı qapıçısı vəfat etdi

14:18 - 26 Fevral 2023

Rusiyanın "Ural" klubunun əvəzedici və U-19 komandalarının qapıçısı olan David Alekseyev vəfat edib.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 19 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmayıb.

 

David Alekseyev "Ural"ın yetirməsidir. Gənc qapıçı 2021-ci ildə əsas komanda ilə təlim-məşq toplanışında da iştirak edib.

Xəbər xətti