Millimizin baş məşqçisi: "Bizimlə müqayisədə yunanlar daha sərbəst oynayırdılar"

21:30 - 3 Mart 2023

Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Yunanıstan üzərində qazanılan 5:2 hesablı qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, matçdan sonra "CBC Sport"a danışan braziliyalı məşqçi bunları deyib:

"Yunanıstan bizimlə müqayisədə daha sərbəst idi. Çünki onların qrupdan çıxmaq şansı qalmamışdı. Bu mənada, onlar daha rahat oynayırdılar. Biz bu matçda növbəti görüşümüzü fikirləşirdik. Polşaya qarşı oyun birinci yer uğrunda mübarizə olacaq. Hazırlaşmaq üçün iki günümüz var. Çalışacağıq ki, lazımı səviyyədə hazırlaşaq".

Mirbağırağa

 

Xəbər xətti