"Kəpəz"in 2 legioneri "Sabaha"a qarşı oynamayacaq

13:40 - 4 Mart 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə "Sabah"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin iki futbolçusu bu matçda komandaya kömək edə bilməyəcək. "sarı-göylər"in yarımmüdafiəçiləri Giorgi kantariya zədə, Ahmed Ayzaya isə cəza səbəbindən Bakıda meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, "sabah" - "Kəpəz" qarşılaşması bu gün saat 18:30-da "Bank Respublika Arena"da baş tutacaq.

Xəbər xətti