"Sabah"ın məşqçisi: "Çox keyfiyyətli oyun nümayiş etdirdik"

20:50 - 4 Mart 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununda doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırıb: 

 

- Bu matça kimi məğlubiyyət seriyamız var idi. Bu da komandada gərginlik yaradırdı. Oyundan razıyıq. Çox keyfiyyətli oyun nümayiş etdirdik. Rəqibə qol fürsəti yaratmağa imkan vermədik.

 

- Heyətdə rotasiyalar var idi. Bunun səbəbi nədir?

- Müdafiə xəttindəki rotasiyalar zədə ilə bağlıdır. Abdullaye Ba və Bəxtiyar Həsənalızadə zədəlidir. Uzun müddətdən sonra Zurab Oçiqava meydana çıxdı. Digər mövqelərdə olan rotasiyalara gəldikdə isə məşqlərdə yaxşı performans göstərənlərə şans verdik.

 

- Zurab Oçiqava bu mövsüm ilk dəfə meydana çıxdı. Onun oyunundan razı qaldınız?

- Ağır zədədən sonra bu gün ilk dəfə oynadı. Kifayət qədər keyfiyyətli oyun sərgilədi.

 

- Murad Musayev olmayanda komandanı kökləmək çətin deyil?

- Oyuna kökləmək məndən asılı deyil. Bu, baş məşqçi və futbolçulardan asılıdır. Murad Musayev həftə ərzində bizimlə birlikdə olur. Oyun vaxtı da lazımi göstərişləri verir.

 

Elçin Əlixan

Xəbər xətti