Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Sportal.az xəbər verir ki, "Qəbələ" klubu yaydığı açıqlamada bildirilir ki, şəhid Şəhriyar Əlibəyli komandanın azarkeşi olub.
Açıqlamada deyilir: "Şəhriyar Əlibəyli 25 oktyabr 1994-cü ildə Qəbələnin Vəndam qəsəbəsində anadan olub. Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi. Allahdan şəhidlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Başın sağ olsun, Vətən!".
saytlarin hazirlanmasi