Rusiyada azərbaycanlıların duelində sülh

22:20 - 6 Mart 2023

Azərbaycanlı mütəxəssis Nazim Süleymanovun baş məşqçisi olduğu Rusiyanın "Ximki" klubunun əvəzedici komandası yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Kuban"ın U-19 komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "Kuban"da Azərbaycanın U-19 millisinin üzvü Sadıq Bagiev çıxış edir. 19 yaşlı yarımmüdafiəçi 56 dəqiqə meydanda olub və qol ötürməsi ilə yadda qalıb..

Xəbər xətti